Azərbaycan

Həbs edilən inanclı xanımlardan Aytən İbrahimova müraciət yayımlayıb

hajiinfo

Həbs edilən inanclı xanımlardan Aytən İbrahimova müraciət yayımlayıb

Fərqli baxış xəbər verir ki, Həbs edilən inanclı xanımlardan Aytən İbrahimova müraciət yayımlayıb. O müraciətində bildirib:

“Mən ona görə aclıq aksiyasına başlayıram ki, məni günahsız yerə həbs ediblər. Axı mən hansı günahı etmişdim? Bizim işimiz Fələstinə dəstək olmaq, ehtiyaclı insanlara yardım göstərmək idi.

Adım 21 nəfərlik siyahıda olmasa da, polislər məni uzun müddətdir təqib edirdilər, rahatlığım yox idi. Sadəcə ehsan verdiyimizə görə bizi həbs etdilər. Əvvəl 3 ay, sonra 2 ay əlavə etdilər və indi də bilirik ki, hökm çıxarılacaq.

Mənim 4 uşağım var və onlar başqalarına möhtac qalıblar. 5 yaşlı uşağım oktyabrda məktəbə başlamalı idi, amma mən yanında olmadığım üçün məktəbə gedə bilmədi. Yoldaşım tək qalıb — bilmir uşaqlara baxsın, yoxsa işləyib onların ehtiyaclarını ödəsin.

Mən, İbrahimova Aytən, bəraət tələb edirəm! Və buna görə ölüm aclığına başlayıram. Məni heç kim dayandıra bilməz. Biz 6 xanım öz vətənimizdə qərib qalmışıq.

(Bu sözləri deyib ağlamağa başladı və bir müddət danışa bilmədi.)

Əgər ölsək, mən qisas tələb edirəm. Həbsimizə susdular, azadlığımız üçün heç nə etmədilər. Heç olmasa qisasımız alınsın, qanımız yerdə qalmasın.”

Fərqli baxış | Ar-Rad

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha