Kateqoriyasız

Fransa parlamentinin üzvü: “Netanyahu terrorçudur!”

hajiinfo

Fransa parlamentinin üzvü: “Netanyahu terrorçudur!”

Fərqli baxış xəbər verir ki, Fransa parlamentinin üzvü Tomas Ports, sionist rejimin baş naziri Binyamin Netanyahunun Qəzzəyə qarşı təhdidlərinə və fələstinlilərə qarşı davam edən cinayətlərinə reaksiya olaraq kəskin və misilsiz ifadələr işlədib və onu terrorçu adlandırıb.

Bu fransız qanunvericisi mesajında yazıb: “Terrorçu Netanyahu elan edib ki, Qəzzə zolağını bombalamaq və soyqırımı davam etdirmək üçün minlərlə fələstinliyi ölümlə hədələyir.”

O əlavə edib: “Dünya gözlərini başqa yerə çevirərkən, biz heç vaxt bu qətldə iştirakçı olmayacağıq.”

Sionist rejimin baş naziri Binyamin Netanyahu, Qəzzə atəşkəsinə nəzarət üçün “Kiryat Gat”dakı ABŞ mərkəzinə etdiyi səfər zamanı, “Qəzzənin artıq (rejim) İsrail üçün təhdid olmadığını” bildirərək, “HƏMAS-ı diz çökməyə məcbur edəcəyik” iddiasında olub.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha