Financial Times: Ərəb ölkələri ABŞ-ın Qəzzənin bərpası planını rədd etdilər
Fərqli baxış “Financial Times” qəzetinə istinadən xəbər verir ki, ərəb ölkələri Vaşinqtonun müəyyənləşdirdiyi şərtlər çərçivəsində Qəzzə zolağının bərpası ilə bağlı ABŞ planına qarşı çıxıblar.
Bu ölkələr həmçinin vurğulayıblar ki, bu layihəni öz maliyyə vəsaitləri hesabına dəstəkləməyəcəklər.
Qəzetin məlumatına istinadən verilən xəbərə görə, İsrail və Amerika rəsmiləri, o cümlədən ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, Qəzzə zolağında işğal rejiminin nəzarətində olan ərazilərdə bərpa əməliyyatlarına başlamağı təklif ediblər. Onlar iddia edirlər ki, bu, fələstinlilər üçün HƏMAS hərəkatının hakimiyyəti altında yaşamaqdan daha yaxşı “model” ola bilər.
Financial Times izah edib ki, ərəb ölkələri ABŞ-ın bu təklifini rədd ediblər; çünki belə bir planın həyata keçirilməsi fələstin torpaqlarının daimi olaraq bölünməsi reallığını möhkəmləndirə bilər.
Fərqli baxış

