Azərbaycan

Erməni oldu dost, amma bizimlə heç vaxt savaşmamış farslar yenə düşmən?!

hajiinfo

Erməni oldu dost, amma bizimlə heç vaxt savaşmamış farslar yenə düşmən?! #TƏHLİL

İllərlə bu ölkədə bir silahdan istifadə olundu: “ermənipərəst” damğası. Bu damğa ilə insanlar susduruldu, həbs olundu, gözdən salındı.

Bu gün isə eyni hakimiyyət Ermənistana neft satır. İndi sual sadədir:

Xəyanət harada bitdi, siyasət harada başladı?

1. Dünən xəyanət idi, bu gün gəlir mənbəyi?

İllər boyu deyilirdi ki, “Ermənistanla hər cür iqtisadi əlaqə düşmənə köməkdir.” Bu sözlərlə insanlar məhv edildi.

Amma bu gün həmin “düşmənə” neft satılırsa, deməli:

Problem Ermənistan deyildi,
Problem hakimiyyətə tabe olmayan düşüncə idi.

Xəyanət anlayışı qanun yox, sifariş imiş.

2. Bu ittihamla həbs edilənlər nə olacaq?

Bu ölkədə insanlar sübut olmadan, təkcə “ermənipərəst” damğası ilə illərlə türmədə yatdı.

İndi isə dövlət özü eyni addımı atır. Sual verən varmı:

Onların günahı nə idi? Onların həyatını kim geri qaytaracaq?

Bu, sadəcə səhv deyil، sistemli ədalətsizlikdir.

3. Şəhid ailələrinə bunu kim izah edəcək?

Şəhid ailələrinə illərlə deyildi:
“O tərəflə əlaqə qanla yuyulmalı xəyanətdir.”

İndi isə dövlət deyir: “Bu siyasətdir.” O ailələr haqlı olaraq soruşur:

Biz övladlarımızı hansı doğrular uğrunda torpağa verdik? Əgər dünənki “qırmızı xətt” bu gün silinibsə, deməli, qırmızı xətt heç vaxt olmayıb.

4. İran paradoksu; ikiüzlülüyün zirvəsi

İranı illərlə “Ermənistana dəstək verir” deyə düşmən elan edənlər, bu gün özləri Ermənistana bəzən dolayı, bəzən də elə neft satmaqla birbaşa dəstək verir.

Əgər bu addım bu gün “zərurətdirsə”, dünən niyə “xəyanət” idi? Cavab sadədir:
Düşmən anlayışı siyasətə görə dəyişir, Vicdan isə ümumiyyətlə nəzərə alınmır.

Nəticə:

Bu məsələ neft deyil.
Bu məsələ Ermənistan deyil.
Bu məsələ İran da deyil.
Bu məsələ yalan üzərində qurulmuş qorxu siyasətinin ifşasıdır. İllərlə insanları susdurmaq üçün istifadə edilən ittihamlar bu gün hakimiyyətin öz əli ilə tapdalanır. Və cəmiyyət artıq bir sual verir: Əgər hər şey dəyişə bilirdisə, bəs niyə insanlar məhv edildi?

Sadiq Vəid
Təhlil şöbəsi

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha