İran

Əraqçi: “İranda 30 min nəfərin öldürüldüyü iddiası yalandır”

hajiinfo

Əraqçi: “İranda 30 min nəfərin öldürüldüyü iddiası yalandır”

“Kimin sübutu varsa, təqdim etsin.”

Fərqli baxış xəbər verir ki, İranın xarici işlər naziri CNN Türk‑ə müsahibəsində bildirib:

“Etirazçılarla terror və dağıdıcılıq əməliyyatları həyata keçirənləri bir‑birindən ayırmaq lazımdır.

28 dekabrdan 8 yanvara qədər iqtisadi vəziyyət və valyuta məzənnəsi ilə bağlı məntiqli etirazlar gördük. Bu etirazlar qəbul edilə bilən idi və hətta prezidentimiz bəzi məsələlər barədə onlarla danışdı.

Amma 8 yanvardan 10 yanvara qədər — cəmi üç gün ərzində — hadisələrin mahiyyəti dəyişdi.

Orada terrorçular silahlı qarşıdurmaya girdilər, təhlükəsizlik qüvvələrinə hücum etdilər və bəzən adi vətəndaşları da hədəfə aldılar. Onlar Trampın İran xalqına ünvanladığı mesajdan sui‑istifadə edərək ölənlərin sayını artırmağa və Trampın tam dəstəyini qazanmağa çalışdılar.

“Rəsmi qurumların açıqlamasına əsasən, ölənlərin sayı 3100
nəfərdir və təəssüf ki, onların 2000 nəfəri ‘şəhid’ hesab olunur; çünki əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşları idi.

Qanunlarımıza uyğun olaraq şəhid ailələri üçün tədbirlər görüləcək və adlar rəsmi qurumlar tərəfindən elan ediləcək.

Hitlerin məşhur bir nəzəriyyəsi var:

‘Çox böyük yalan deyin ki, asanlıqla inansınlar.’

Təəssüf ki, yalan nə qədər böyük olsa, təsiri də bir o qədər artır.

Bəzən ‘30 min – 50 min nəfər öldürülüb’ deyirlər ki, bunların hamısı yalandır. Rəsmi rəqəmlərə görə ölənlərin sayı 3117 nəfərdir.

Əgər bu siyahıya bir nəfər də əlavə etmək istəyirlərsə, gəlib sübut təqdim etsinlər.”

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha