Kateqoriyasız

Əli Nağıyev Tbilisidə Gürcüstan DTX rəhbəri ilə görüşüb

hajiinfo

Əli Nağıyev Tbilisidə Gürcüstan DTX rəhbəri ilə görüşüb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradze, Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevi qəbul edib.

Görüşdə tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində gələcək təşəbbüsləri müzakirə ediblər.

Qeyd olunub ki, təhlükəsizlik orqanları arasında möhkəm əməkdaşlıq həm ikitərəfli münasibətlərə, həm də regionda sülh və sabitliyə mühüm töhfə verir.

Görüşdə həmçinin regionda baş verən proseslər və mövcud problemlər diqqət mərkəzində olub.

Səfər çərçivəsində Əli Nağıyev və Mamuka Mdinaradze Ümummilli Lider Heydər Əliyevin abidəsini və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha