İran

Əl-Məyadin İran mənbəsinə istinadən: “Hər bir müharibə qlobal güc balansını dəyişəcək”

hajiinfo

Əl-Məyadin İran mənbəsinə istinadən: “Hər bir müharibə qlobal güc balansını dəyişəcək”

Fərqli baxış xəbər verir ki, “Əl-Məyadin” kanalı “İranda qərarverici mərkəzlərə yaxın bir mənbəyə” istinadən bildirib ki, İrana qarşı istənilən müharibə qlobal nizamın dağılmasına aparan qaçılmaz bir prosesin başlanğıcı olacaq.

Mənbə kanalın Tehrandakı müxbirinə deyib ki, belə bir müharibə digər güclərə də öz geosiyasi planlarını həyata keçirmək üçün fürsət yaradacaq.

Onun sözlərinə görə, “Belə bir müharibə həm Çin, həm də Rusiyanın strateji hesablamalarında əsaslı dəyişikliklərə səbəb olacaq və Moskva ilə Pekini öz maraqlarına xidmət edən yeni coğrafi reallıqları formalaşdırmağa sövq edə bilər.”

Mənbə vurğulayıb ki, İrana qarşı hərbi qarşıdurma onun sərhədləri ilə məhdudlaşmayacaq, bütövlükdə beynəlxalq səhnədə güc balansını dəyişəcək.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha