Dünyanın üçdə bir iqtisadiyyatı İranın tərəfdaşlarının nüfuzunda
Moskva bir neçə gün əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü sammitinə ev sahibliyi etdi.
Rusiya baş naziri bu görüşdə bildirdi ki, 2024-cü ildə Şanxay Təşkilatına üzv ölkələrin dünya ümumi daxili məhsulundakı payı üçdə birə çatacaq və ilin sonuna qədər bu göstəricinin 35%-ə yüksəlməsi gözlənilir.
O, üzv ölkələrin ixracat həcminin də artdığını və bu ixracatın qlobal ixracatın təxminən beşdə birini təşkil etdiyini qeyd etdi.
İran hökumətinin birinci vitse-prezidenti Ərəf də bu görüşdə müstəqil maliyyə mexanizmlərinin yaradılmasının vacibliyini vurğuladı.
O, üzv ölkələr arasında iqtisadi mübadiləni asanlaşdırmaq üçün süni intellekt əsasında ortaq “rəqəmsal valyuta” dizaynı təklif etdi.
Nəhayət, sammitin yekun bəyanatında üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin davam etdirilməsinin vacibliyi bvurğulandı ki, bu da İrandan daxil olmaqla üzv ölkələrin, ABŞ-ın bir tərəfli sanksiyalar şəraitində beynəlxalq ticarətini inkişaf etdirmələrini təmin etsin.
Fərqli Baxış

