CNN: “Trampla görüş Çin liderinin uzun müddətdir istədiyini Pekinə verir; Çin ABŞ-la bərabər güc kimi təqdim olunur!”
Bu gün Pekində Donald Trampın qarşılanması üçün təşkil olunan təmtəraqlı və detallı mərasim, şou xarakterli nümayişləri sevən ABŞ prezidentinə uyğun şəkildə xüsusi diqqətlə hazırlanmışdı.
Lakin Pekin üçün bu yanaşmanın başqa mühüm tərəfi də var: Çini ABŞ-la yanaşı bərabər güc kimi göstərmək.
Çin uzun müddətdir supergüc ambisiyalarını rədd etsə də, qlobal səhnədə böyük güc və ABŞ-la bərabər oyunçu kimi görünmək Si Cinpinin əsas məqsədlərindən biridir.
Bu mesajı verməyin ən yaxşı yollarından biri ABŞ prezidentinin Pekinə Amerikanın ən güclü şirkətlərinin rəhbərləri ilə birlikdə gəlməsi idi. Onların bir çoxu indiki və gələcək uğurlarını Çinlə əlaqələrə borcludur.
Bu görüntülər bu gün Si Cinpinin Böyük Xalq Zalının qarşısında qırmızı xalçada Trampı qarşılaması zamanı nümayiş olundu. Tesla rəhbəri İlon Mask və Apple rəhbəri Tim Kuk da daxil olmaqla bir sıra şirkət direktorları mərasimi izləyirdi.
Bir neçə dəqiqə sonra Tramp Si Cinpinlə uzun masa arxasında üzbəüz oturaraq bildirib ki, həmin iş adamları “sizə və Çinə hörmət göstərmək üçün” oradadırlar. O, həmçinin Si Cinpini “böyük lider” adlandırıb.
CNN qeyd edir ki, bu görüntülər Çin rəhbərliyinin dünyaya vermək istədiyi mesajı gücləndirir: Çin qlobal səhnənin əsas oyunçularından biridir və zəifləyən ABŞ-a alternativ lider kimi təqdim olunur.
Fərqli baxış

