Çin Yaponiyaya və “G7” qrupuna xəbərdarlıq edib
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian, Yaponiyanın baş nazirinin Tayvanla bağlı mümkün müdaxilə barədə son bəyanatlarını təxribat xarakterli, “vahid Çin” prinsipinə zidd və Pekinin daxili işlərinə açıq müdaxilə adlandırıb. O, xəbərdarlıq edib ki, Yaponiya bu istiqamətdə hər hansı addım atarsa, qəti cavab və ciddi nəticələrlə üzləşəcək.
Bu açıqlama Yaponiyanın baş naziri Sanae Takaichi-nin bir iclasda əvvəlki bəyanatını geri çəkməyəcəyini bildirməsindən sonra səsləndirilib. O, Tayvanda Çinin materik ərazisindən hərbi gəmilər və qüvvələrin iştirakını əhatə edən fövqəladə vəziyyətin Yaponiyanın “yaşayış təhlükəsinə səbəb ola biləcək vəziyyəti” kimi qiymətləndirilə biləcəyini və bunun Tokio-nun uzunmüddətli mövqeyi ilə uyğun olduğunu deyib.
Fərqli Baxış

