İran

CIA və Mossadın İrandakı ortaq casusu edam edildi

hajiinfo

CIA və Mossadın İrandakı ortaq casusu edam edildi

Fərqli baxış xəbər verir ki, Cəfərin oğlu İrfan Şəkurzadə ABŞ kəşfiyyat xidməti və Mossad ilə əməkdaşlıq ittihamı ilə edam olunub.

İş materiallarına əsasən, o, malik olduğu ixtisasa görə peyk sahəsində fəaliyyət göstərən ölkənin elmi qurumlarından birinə layihə çərçivəsində cəlb olunmuşdu.

Məhkum həmin mühüm elmi mərkəzdə çalışdığı müddətdə CIA və xüsusilə Mossad daxil olmaqla düşmən kəşfiyyat xidmətləri ilə əlaqə qurub.

Bildirilir ki, o, üç mərhələdə düşmən kəşfiyyat xidmətləri ilə əlaqə saxlayıb; birinci və üçüncü mərhələlər Mossad, ikinci mərhələ isə CIA ilə bağlı olub.

İş sənədlərinə görə, məhkum öz istəyi ilə CIA və Mossad ilə əlaqə quraraq əlindəki məlumatları düşmən tərəfə ötürüb.

Onun təqdim etməyə çalışdığı məlumatların məxfi xarakter daşıdığı qeyd olunur.

İlkin əlaqə mərhələsində İrfan Şəkurzadə Mossadın əməkdaşlıq formasını doldurduqdan sonra e-mail vasitəsilə şəxsi məlumatlar, ailə məlumatları, iş yeri, giriş imkanları, missiyalar və təşkilati vəzifələri barədə məlumat mübadiləsi aparıb.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha