Bin Salmanın göndərdiyi məxfi məktub ifşa olundu
Middle East Eye bir neçə amerikalı rəsmiyə istinadən yazıb ki, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman BƏƏ-nin milli təhlükəsizlik müşaviri Tahnun bin Zayedə uzun məktub göndərərək Əmirliklərin Sudan və Yəməndəki fəaliyyətlərindən şikayət edib.
Bir neçə həftə əvvəl göndərildiyi bildirilən məktubda Səudiyyənin BƏƏ-yə qarşı geniş şikayət siyahısı yer alır. Bununla belə, rəsmi Riyad vəliəhdin qardaşı və müdafiə naziri Xalid bin Salman vasitəsilə vasitəçilik təklifi də irəli sürüb.
Məktubun bir hissəsində bin Salman yazıb ki, “BƏƏ-nin Cənub Keçid Şurasına Riyadla koordinasiya olmadan hərbi yardım göndərməsi qırmızı xətt sayılır.”
Fərqli baxış

