Berlində İmam Hüseyn (ə), Azərbaycan, Iran, Fələstin və Livan bayraqları ilə onminlərin yürüşü keçirilib


Avropa iqtisadiyyatının qəlbi Almaniyanın paytaxtında onminlərlə aksiyaçının iştirakı ilə izdihamlı yürüş keçirilib. Fərqli Baxışın Almanya müxbiri xəbər verir ki, aksiya iştirakçıları yürüş boyu Şəhid Rəhbər İmam Xamenei cənablarının və Ali Məqamlı Rəhbər Seyyid Müctəba Hüseyni Xamenei cənablarının plakatlarlarını qaldırmaqla yanaşı İmam Hüseynin (ə), Əbəlfəz Abbasın (ə) adı yazılan, eləcə də Azərbaycan, İran, Fələstin, Livan və Türkiyə bayraqlarını dalğalandırıblar.

Yürüş zamanı alman dilində ABŞ-İsrail terror koalisiyasına və onların marionetkası Pəhləviyə ölüm, həmçinin “Yaşasın İran!”, “Yaşasın Fələstin”, “Yaşasın Livan” kimi şüarlar səsləndirilib.

Bu izdihamlı aksiyanın təhlükəsizliyi yerli polis tərəfindən mühafizə olunub. Tədbir zamanı hər hansı xoşagəlməz insident qeydə alınmayıb.
Fərqli baxış

