Nəşrin məlumatına görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin komandası bir neçə gün ərzində Belçikanın Baş naziri Bart de Veverin narahatlıqlarını aradan qaldıracaq “həlli tapdıqlarına” həmkarlarını inandırmağa çalışıb.
Bununla belə, ən çox çətin vəziyyətdə qalan şəxs Avropa Şurasının Prezidenti Antoniu Koşta olub. O, cümə axşamı səhər Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə gedərkən belə bəyanat verib:
“Bu gün Avropa Şurasında 2026 və 2027-ci illərdə Ukraynanın maliyyə ehtiyaclarının, o cümlədən hərbi texnika alınmasının təmin edilməsi barədə siyasi qərar qəbul edəcəyik. Bu, Rusiyaya çox güclü bir siqnaldır… Biz dəfələrlə bəyan etmişik ki, Ukraynanı lazım olduğu qədər və bütün gücümüzlə dəstəkləyəcəyik. İndi isə bunu konkret addımlarla təsdiqlədik.”
Politico yazır ki, Brüsseldəki “Avropa” binasından — Avropa Şurasının futuristik qərargahından — Belçika Baş nazirinin ofisinə piyada cəmi iki dəqiqəyə getmək mümkündür. Diplomatik dairələrdə indi əsas sual belə səslənir: sammit iştirakçılarından heç olmasa biri Rü de la Lua küçəsində qısa bir gəzinti edib, Bart de Veverin əslində nə düşündüyünü öyrənməyə çalışıbmı?

