Azərbaycan

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

admin info

Bakıda tələbə qız qəfil vəfat edib.

hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.

Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.

Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha