Azərbaycan

Bakı-Quba yolunda ağır qəza: Xəsarət alanların vəziyyətləri açıqlandı

admin info

Şabranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Bildirilib ki, iki nəfər (kişi) noyabrın 16-sı saat 19:30-da Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Bir nəfərin müalicəsi Cərrahiyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər isə ambulator müalicə üçün evə buraxılı

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

hadisə yolun Şabran rayonunun Gəndov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı yük maşını ilə minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha