Azərbaycan

Azərbaycanlı iş adamı Adnan Əhmədzadənin şirkətinin səhmləri Yusif Məmmədova keçdi

hajiinfo

Azərbaycanlı iş adamı Adnan Əhmədzadənin şirkətinin səhmləri Yusif Məmmədova keçdi

Bildirilir ki, tanınmış azərbaycanlı biznesmen Adnan Əhmədzadənin həbsindən sonra Birləşmiş Ərəb Əmirliklərində yerləşən şirkətinin bütün səhmləri şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən alınıb. Bu barədə Sinqapur nəşri rəsmi açıqlamaya istinadla məlumat yayıb.

Dubayda fəaliyyət göstərən Oilmar Shipping and Chartering DMCC şirkəti gəmilərin yanacağı və neft məhsullarının satışı ilə məşğuldur. Şirkət 2015-ci ilin noyabrında yaradılıb və 60-dan çox ölkədə xidmət göstərir. 2022-ci ildə Oilmar komandası ilk dəfə 1 milyard ABŞ dollarından çox ümumi gəlir əldə edib.

Manifold Times nəşrinin məlumatına görə, Adnan Əhmədzadəyə aid hadisələr (həbs) səhmlərin alınması prosesini işə salıb. Şirkət bildirib ki, idarə heyəti artıq bütün səhmləri almağa başlayıb və bu proses bir neçə gün ərzində yekunlaşacaq.

Baş direktor Yusif Məmmədov açıqlamasında deyib:
“Bu vəziyyətlərə cavab olaraq və səhmdarlarımızın maraqlarını qorumaq məqsədilə Oilmar Shipping and Chartering DMCC-nin bütün səhmlərinin alınması prosesinə başladıq. Bu strategiya şirkətin fəaliyyətinin davamlılığını təmin etmək və mümkün pozuntulardan qorunmaq üçün atılan addımdır.”

Məmmədov həmçinin vurğulayıb ki, bu proses şirkətin gündəlik fəaliyyətinə və yüksək keyfiyyətli xidmət göstərmə qabiliyyətinə təsir etməyəcək. Şirkət əxlaq standartları, normativ uyğunluq və əməliyyat mükəmməlliyini qorumağa davam edəcək.

O, səhmdarlara tövsiyə edib ki, yalnız şirkətin rəsmi açıqlamalarına etibar etsinlər və doğrulanmamış məlumatların yayılmasından çəkinsinlər.

Oilmar rəhbərliyi bildirib ki, şirkət adi rejimdə fəaliyyətini davam etdirəcək və yeniliklər yalnız təsdiqlənmiş məlumatlara əsasən paylaşılacaq.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha