Azərbaycan

Azərbaycanda “Apple” istifadəçilərinə xəbərdarlıq edildi: Hesablarınız ələ keçirilir

admin info

Bildirilib ki, Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir:

“”iOS”, “iPadOS” və “macOS” əməliyyat sistemlərinin müəyyən versiyalarında qeydə alınmış bu boşluq kiberdələduzların cihazları ələ keçirməsinə şərait yaradır”.

Məlumata görə, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, “WhatsApp” və “Telegram” hesablarına aldadıcı mesajlar vasitəsilə zərərli fayllar göndərilir:

“Həmin fayllar əməliyyat sistemlərinin son yenilənmiş versiyalarını istifadə etməyən vətəndaşların cihazlarının dələduzlar tərəfindən ələ keçirilməsinə yol açır. Bu da istifadəçi məlumatlarının icazəsiz əldə edilməsi ilə nəticələnə bilər”.

Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə iPhone, iPad və Mac cihazlarının əməliyyat sistemlərini ən son versiyaya yeniləməyi, avtomatik yeniləmələri aktivləşdirməyi, eləcə də naməlum və etibarsız mənbələrdən əldə edilən faylları açmamağı tövsiyə edib.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha