Azərbaycan və İsrail ailə, qadın və uşaq sahəsində əməkdaşlığı araşdırır
Oktyabrın 22-də Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsrailin Azərbaycandakı səfiri Ronen Krauszla görüşüb.
Muradova ölkələr arasında uzunmüddətli dostluq və əməkdaşlığı vurğulayaraq, görüşün ailə, qadın və uşaq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
O, İsrail səfirinə Azərbaycanın həssas ailələrin dəstəklənməsi sahəsindəki təcrübəsi və nailiyyətləri barədə məlumat verib və ölkənin bu təcrübəni İsraillə bölüşməyə hazır olduğunu bildirib.
Səfir Krausz isə Azərbaycan və İsrail arasında sürətlə inkişaf edən dostluq və tərəfdaşlığı önə çıxararaq, bu əməkdaşlığın müxtəlif sahələrdə yeni imkanlar yaratdığını qeyd edib. O, ailə, qadın və uşaq sahəsində qarşılıqlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
PS: Sual doğuran məqam budur: Azərbaycan öz dəyərlərinə, öz ailə ənənələrinə söykənən bir ölkə olduğu halda, bu sahədə İsraillə “təcrübə mübadiləsinə” nə ehtiyac var?
Azərbaycan ailə modeli min illərlə formalaşmış milli-mənəvi prinsiplərə əsaslanır. İsrailin isə tam fərqli sosial-mədəni mühiti var. Belə bir fərq mövcudkən, “təcrübə paylaşmaq” ideyası nə məqsəd daşıyır?
Fərqli baxış

