Azərbaycan və İran gömrük xidmətləri iki ölkə arasında informasiya mübadiləsini artırırlar. FB xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsi yayıb.
Bildirilib ki, Komitənin sədri Şahin Bağırov İranın Azərbaycandakı səfiri Möctəba Dəmirçilu ilə görüşüb. Görüşdə iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın mövcud vəziyyəti, iqtisadi əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında gömrük xidmətlərinin rolu müzakirə olunub.
Tərəflər həmçinin Bakıdakı Azərbaycan–Rusiya–İran üçtərəfli görüşündə müzakirə olunan gömrük məsələləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması, beynəlxalq ticarət və tranzit daşımalarının sürətli və maneəsiz həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Fərqli baxış

