Azərbaycanəsilli rusiyalı müğənni, məşhur “HammAli & Navai” duetinin keçmiş üzvü “HammAli” (əsl adı Aleksandr Əliyev) son vaxtlar ictimaiyyət qarşısında, demək olar ki, görünməməsinin səbəbini açıqlayıb.
sənətçi bu barədə “Threads” platformasında istifadəçilərdən birinin onun hara yoxa çıxdığı və niyə sosial şəbəkələrdə görünmədiyi ilə bağlı sualını cavablandırarkən danışıb.
“Mən buradayam. Hər şey yaxşıdır! Ailəm var. Oğlum dünyaya gəlib. Artıq bir yaşı var! Şou-biznes xoşuma gəlmir və onun bir hissəsi olmaq istəmirəm. Buna görə də ictimai fəaliyyətimi minimuma endirmişəm və sadəcə musiqi yazıram”, – deyə ifaçı bildirib.
“HammAli” 2024-cü ilin sentyabrında Emili adlı xanımla ailə qurub. Toy mərasimi Soçidə keçirilib və üç gün davam edib. 2025-ci il oktyabrın 17-də isə cütlüyün ilk övladı – Adam adlı oğlu dünyaya gəlib.
Musiqiçi ailə fotolarını çox nadir hallarda paylaşır və şəxsi həyatı barədə danışmamağa üstünlük verir.

