Kateqoriyasız

Ayətullah Sistaninin “qeyb dövrü” üçün möminlərə tövsiyələri

hajiinfo

Bu fitnələrdən biri insanların xüsusi naiblik iddiası edənlərin və ya O həzrətlə xüsusi və daimi əlaqəsi olduğu və xüsusi göstərişlər aldığı yalanını deyənlərin tələsinə düşməsidir.

Belə yalançı insanlar qədim zamanlardan şiələrin Əhli-Beyt (ə) maarifinə müraciət etməsinin qarşısını almağa çalışan “əqidə oğruları”dırlar.

On iki əsr davam edən bu qeyb dövründə şiələrin sirəsi və həyat tərzi bu olmuşdur ki, (əqidələrini yaxşı öyrənərək) müxaliflərin şübhələri qarşısında büdrəməmişlər, (maarif baxımından zəif) dostlarına şübhələrlə üzləşdikdə kömək etmişlər, onları Əhli-Beytin (ə) sünnəsinə tabe olan ədalətli fəqihlərə yönəltmişlər, çünki İmam Zaman (ə.f) Allahın höccəti, ədalətli və təqvalı fəqihlər isə İmam Zamanın (ə.f) insanlara höccətidir.

Bu zamanın fitnələrindən biri də bəzilərinin insanları Əhli-Beytə (ə) nisbət verilən hər şeyə itaət etməsinə çağırmasıdır. Halbuki onların (o dəvətçilərin) dini mətnləri tanımaq və dərk etməkdə heç bir ixtisasları yoxdur. Bu cür halların yayılmasının nəticəsi budur ki, dini mətnlər barədə ixtisası olmayanlar cəmiyyətin avamları arasında fəqihlərin yerini tuturlar.

İnsanların dinini məhv edən və özlərini həlaka salan bidətlərdən biri də dini məsələlərdə şəkk və şübhə toxumlarını yaymaqdır. Dini göstərişlərə əməl etməkdə çətinlik çəkənlər (özlərini safa çıxartmaq üçün) həmin məsələləri inkar edir və ya şübhə ilə yanaşırlar. Dinə əməl etməyənin bir günahı vardırsa, dində şəkk və şübhə icad etməyə çalışanın iki günahı vardır.

Möminlər zühurun vaxtı barədə danışılan faydasız və əsassız xəyallar və illüziyalardan uzaq olmalıdırlar. Çünki bu barədə təkidli qadağa vardır və bu cür iddialar Həzrət (ə.f) tərəfindən təkzib edilmişdir. Tarix də bu cür sözlərin yalan olduğu təcrübəsini ortaya qoymuşdur.

Möminlər bilməlidirlər ki, bu deyilənlərə əməl etmək həqiqi müntəzirlərin iddialarında sadiqliyini və onların İmam Zamanın (ə.f) zühurunu görə bilmək, ona kömək etmək üçün itaətkarlığını göstərir. Bunlara əməl edənlərə zühuru görmək nəsib olmasa da Allah-Taala onları Qiyamət günü İmam Mehdini (ə) görərək ona kömək edənlərin sırasında məhşur edəcək, onlara verdiyi mükafatı verəcək və bu, aqibətin xeyirli olmasıdır.

“İlahi, İslam və müsəlmanların izzət tapdığı, münafiqlərin zəlil olduğu bir dövlət arzusundayıq. İlahi, bizə belə bir dövlətdə sənin itaətinə dəvət edənlərdən, sənin yoluna rəhbərlik edənlərdən olmaq tövfiqi ver və bizə dünya və axirət kəramətini nəsib elə. Bizim salamımızı sənin vəliyyin Höccət ibn Həsənə (ə.f) çatdır. Onun duasını bizə hədiyyə et”.

İraq, Nəcəful-Əşrəf şəhəri, Həzrət Ayətullah Üzma Sistaninin dəftərxanası”

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha