Avstraliyanın İrana qarşı addımı: SEPAH-ı hədəfə aldılar
İrana qarşı addımlarını davam etdirən Avstraliyanın xarici işlər naziri Penni Vonq bu gün bildirib ki, Avstraliya İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “dövlət tərəfindən dəstəklənən terrorizmin himayədarı” adlı siyahıya daxil edib.
Bundan əvvəl Avstraliya parlamenti hökumətə SEPAH-ı terror siyahısına salmağa icazə verən qanun layihəsini təsdiqləmişdi.
Sentyabrın 4-də Avstraliya hökuməti Sidney və Melbrunda baş verən iki “yəhudi əleyhinə hücumun” guya İran tərəfindən yönləndirildiyi ilə bağlı əsassız iddialar irəli sürdükdən sonra, İranın Kanberradakı səfiri Əhməd Sadiqini “arzuolunmaz şəxs” elan etmişdi.
Daha sonra baş nazir Entoni Albanese Kanberranın Tehrandakı səfirliyinin fəaliyyətini dayandırdığını açıqlayıb və bildirib ki, Avstraliya diplomatları üçüncü bir ölkəyə köçürülüb.
Fərqli Baxış

