Kateqoriyasız

Astara İmam Cüməsi: “Şarm Əl-Şeyxdə iştirak etməmək dövlətin müdrikliyini göstərir”

hajiinfo

Fərqli Baxışın verdiyi xəbərə görə, Astara şəhərinin imam cüməsi Hüccətülislam Məhəmmədrza Salehian cümə namazı xütbələrində Şarm Əl-Şeyx sammitini və Qəzzə müqavimətini şərh edib.

Hüccətülislam Salehian Şarm Əl-Şeyx sammitində iştirak etməməyin dövlət rəsmilərinin tədbir və müdrikliyindən xəbər verdiyini və onlara əhsən deyilməli olduğunu vurğulayıb.

O qeyd edib ki, İran xalqına qarşı müharibə cəhdi etmiş və bu qədər cinayətlər törətmiş birinin yanında dayanıb sülh qərarı vermək, İran xalqının şən və şəxsiyyətinə yaraşmaz.

İmam cümə bu sammitdə Trampın özünü hər kəsdən üstün bilməsinə, bir yerdə dayanaraq hamının onunla şəkil çəkdirməsini gözləməsinə və gələnlərə tənə vurmasına işarə edib.

O, sionistləri sülhə vadar edən amilin məzlum Qəzza və Fələstin xalqının müqaviməti və yaranan qlobal oyanış olduğunu bildirib.

İmam cümə belə bir sual ünvanlayıb: “Əgər bu tərəflər sülhsevər idilərsə və bir qədər insanlıqları olsaydı, niyə məzlumlar aylar boyu bombalanarkən heç bir tədbir görmədilər?”
Höccətülislam Salehian ABŞ-ın müharibənin dayandırılması üçün verilən səsvermələrə dəfələrlə veto qoymasını xatırladaraq, sülh axtarışında olmadıqlarını sübut etdiyini deyib.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha