Ali Məqamlı Rəhbərin son çıxışı, ərəb mediasında geniş şəkildə işıqlandırılıb
Ali Məqamlı Rəhbərin son çıxışı, xüsusilə də ABŞ-ı bölgədə müharibə alovlandırmaması barədə xəbərdarlığı, ərəb mediasında geniş şəkildə işıqlandırılıb.
Əl-Ərəbiyyə (Səudiyyə Ərəbistanı):
Bu kanal İmam Xamenei cənablarının sözlərini yayımlayıb və başlıqda belə yazıb:
“ABŞ bilməlidir ki, əgər müharibə başlatsa, bu dəfə regional olacaq.”
Kanal həmçinin Ali Məqamlı Rəhbərin bu fikrini vurğulayıb: “Biz başlayan tərəf deyilik, heç bir ölkəyə hücum etmək istəmirik, amma kim bizə hücum etsə, sərt cavab alacaq.”
Əl-Cəzirə və Əl-Mübəşşir (Qətər):
Bu kanallar çıxışın ABŞ-a yönəlmiş regional müharibə xəbərdarlığı hissəsini geniş şəkildə yayımlayıb.
Onlar həmçinin İmam Xamenei cənablarının bu sözlərini ön plana çıxarıblar:
“Biz müharibəyə başlamayacağıq, heç bir ölkəyə hücum etmək niyyətimiz yoxdur, amma bizə hücum edənə güclü cavab verəcəyik.”
Əl-Məyadin:
Bu kanal çıxışı əsas xəbər kimi təqdim edib və Xameneinin regional müharibə xəbərdarlığını başlığa çıxarıb.
Eyni zamanda, o hissəni də işıqlandırıb ki, İmam Xamenei cənabları son iğtişaşları “küdətaya bənzər bir fitnə” adlandırıb və bunun “yaxşı şəkildə nəzarət altına alındığını” bildirib.
Fərqli baxış

