İran

Alan Eyr: “İran hər cür hücuma tam gücü ilə cavab verəcək”

hajiinfo

Alan Eyr: “İran hər cür hücuma tam gücü ilə cavab verəcək”

Fərqli baxış xəbər verir ki, ABŞ Dövlət Departamentinin keçmiş farsdilli sözçüsü Alan Eyr Sky News-ə müsahibəsində İran və ABŞ arasındakı gərginliklə bağlı bildirib:

“Hər iki tərəf hazırdır və hər iki tərəf bilir ki, digər tərəf tam şəkildə müharibəyə hazırdır. Heç bir tərəf müharibə istəmir, lakin hər iki tərəf hazırlıq içindədir.”

Keçmiş sözçü əlavə edib:

“İsrail əvvəlki müharibədə olduğu kimi əməliyyat başlatmaq qərarına gələ bilər. İsrail ABŞ-ın dəstəyini gözləyir. Bu dəfə fərq ondadır ki, İran strateji çəkindiriciliyinin çox hissəsini itirdiyi üçün cavabında “bütün gücünü” göstərəcək.”

Alan Eyr vurğulayıb ki, İranın cavabı hesablanıla bilməyəcək. İran bütün gücünü istifadə edərək hücum edəcək və çox geniş hədəfləri əhatə edəcək. Bu ölkə strateji çəkindiriciliyini bərpa etmək üçün bütün imkanlarını səfərbər edəcək.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha