ABŞ nümayəndəsi korona büdcəsindən 5 milyon dollar oğurlamaqda ittiham olunur
ABŞ Ədliyyə Nazirliyi demokrat konqres üzvü Şeyla Şərfils-Makkormiki koronavirusla mübarizə üçün ayrılmış 5 milyon dolları oğurlamaqda və onun bir hissəsini 2021-ci il seçki kampaniyasında qanunsuz istifadə etməkdə ittiham edib.
Nazirlik bildirib ki, Şərfils-Makkormik və qardaşı Edvin Şərfils bu pulu bir neçə bank hesabı arasında dövriyyəyə salaraq mənbəyini gizlətməyə çalışıblar.
Ədliyyə Nazirliyi əlavə edib: bu 5 milyon dollar 2021-ci ilin yayının ortalarında onların ailə səhiyyə xidmətləri şirkətinə Fövqəladə Halların İdarə Edilməsi Federal Agentliyi (FEMA) tərəfindən köçürülüb. Bu qurum həmin şirkətin COVID-19 peyvəndləmə müqaviləsinin maliyyələşdirilməsinə cavabdeh olub.
@ferqlibaxish

