Kateqoriyasız

Azərbaycan və Macarıstan mədəni əməkdaşlıq proqramı imzalayıb

hajiinfo

Fərqli baxış xəbər verir ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstan Respublikasının Mədəniyyət və İnnovasiya Nazirliyi arasında 2025–2029-cu illər üçün Mədəniyyət Sahəsində Əməkdaşlıq Proqramı imzalanıb.

Sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Macarıstanın mədəniyyət və innovasiya naziri Balázs Hankó imzalayıblar.

Beşillik proqram mədəni irsin rəqəmsallaşdırılması, mədəni və yaradıcı sənayelər, ədəbiyyat, təsviri və tətbiqi incəsənət, musiqi, teatr, kino, nəşriyyat, muzey işi və digər əlaqəli sahələrdə əməkdaşlığı əhatə edir.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha