İran

İran ballistik raketlərinə mənzil məhdudiyyətini ləğv edib

admin info

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ballistik raketlərin mənzilinə qoyulan 2000 kilometrlik məhdudiyyəti ləğv etdiyini açıqlayıb.

məlumatı Tehranda keçirilən mətbuat konfransında raketlərin mənzil limiti ilə bağlı suala cavab olaraq SEPAH-ın sözçüsü briqada generalı Hüseyn Mühəbbi açıqlayıb: “Bizim üçün bu məhdudiyyət aradan qaldırılıb”.

SEPAH sözçüsünün açıqlaması İranın Ali Lideri Ayətullah Müctəba Xomeyninin ABŞ və ya İsraildən gələn hər hansı bir təhdidin – təbiətindən və miqyasından asılı olmayaraq – coğrafi sərhədlərlə məhdudlaşdırılmamış cavabla qarşılanacağı barədə xəbərdarlıq etməsindən bir neçə gün sonra verilib.

Agentliyin qeyd etdiyinə görə, hazırda İranın 2000 kilometrdən çox məsafə qət edə bilən raketlərə sahib olduğuna dair heç bir dəlil yoxdur. Lakin ABŞ rəsmilərinin fikrincə, İranın kosmik proqramında istifadə edilən texnologiya qitələrarası ballistik raketlər yaratmaq üçün uyğunlaşdırıla bilər.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha