İran

Səna: “Sionistlərlə döyüşə daxil olmaq üçün Hizbullahın müraciətini gözləyirik”

hajiinfo

Səna: “Sionistlərlə döyüşə daxil olmaq üçün Hizbullahın müraciətini gözləyirik”

“Əl-Əxbar”ın məlumatına görə, son aylarda Livanda qarşıya qoyduğu məqsədlərə nail ola bilməyən və Hizbullah qarşısında ağır itkilər verən İsrail son vaxtlar hücumları Beyruta qədər genişləndirməklə hədələyib. Məlumatlı mənbələr bildirirlər ki, əgər İsrail Livana qarşı müharibəni genişləndirsə, Yəmənin silahlı qüvvələri bu rejimə qarşı hava və dəniz əməliyyatlarını yenidən başlatmağa hazırdır.

Məlumata əsasən, hərbi baxımdan qarşıdakı mərhələlərə hazırlaşan Ansar Allah hərəkatı Hizbullahla İsrail qüvvələri arasında Cənubi Livan və işğal olunmuş Fələstin torpaqlarının şimalında davam edən qarşıdurmaları yaxından izləyir.

Ənsarullah hərəkatına yaxın mənbələr “Əl-Əxbar” qəzetinə bildiriblər ki, hərəkat sionistlərə qarşı döyüşə qoşulmaq üçün Hizbullahın müraciətini gözləyir. Onların sözlərinə görə, Yəmən Ənsarullahı, Livan Hizbullahı və müqavimət oxunun digər qrupları arasında siyasi, hərbi və əməliyyat koordinasiyası ən yüksək səviyyədədir.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha