İsrailin 14-cü kanalı: Netanyahu ilə Tramp arasındakı ixtilaf “aldatma əməliyyatı”dır
İsrailin yüksək səviyyəli təhlükəsizlik analitiklərindən birinin sözlərinə görə, Tramp və Netanyahu arasında İranla bağlı gərgin telefon danışıqları barədə yayılan sızmalar real deyil, əksinə Tehranı aldatmaq üçün hesablanmış strategiyanın bir hissəsidir.
İsrailin 14-cü kanalının məlumatına əsasən, bu qalmaqal “Axios” saytının yayımladığı xəbərlə başlayıb. Orada Tramp və Netanyahu arasında Pakistan vasitəsilə İrana göndərilən yeni ABŞ təklifi ilə bağlı çətin telefon danışığı olduğu iddia edilirdi.
“INSS” və “Misgav” institutlarının baş tədqiqatçısı Kobi Maykl bu vəziyyəti “parlaq taktiki aldatma” kimi qiymətləndirərək bildirib ki, nə Tramp, nə də Netanyahu real böhran istəmir və bu cür xəbərlər İranı mümkün hərbi əməliyyatın vaxtı barədə çaşdıra bilər.
Fərqli baxış

