Fələstinli məhbuslara qarşı cinsi zorakılıq barədə yeni iddialar
Amerikalı yazıçı geniş araşdırmasında Fələstinlilərin həbsxanalarda və həmçinin yəhudi yaşayış məntəqə sakinləri tərəfindən işgəncə və cinsi zorakılığa məruz qalması ilə bağlı yeni iddiaları ortaya çıxarıb.
“New York Times” qəzetində yazan Nicholas Kristof 14 fələstinli ilə danışdığını və onların İsrail qüvvələri və ya gəlmələr tərəfindən saxlanılarkən cinsi zorakılığa məruz qaldıqlarını bildirdiklərini qeyd edib.
O, həmçinin bəzi iddiaları yoxlamaq üçün hüquqşünaslar, yardım fəalları, istintaqçılar və qurbanların ailələri ilə də müsahibələr aparıb.
Ən ağır iddialar arasında 2024-cü ildə saxlanılan fələstinli jurnalist Sami əl-Saayi-nin ifadəsi yer alır. O bildirib ki, həbsxana gözətçiləri onu çılpaq saxlayıb, döyüblər və müxtəlif vasitələrlə təhqir edərək cinsi zorakılığa məruz qoyublar.
Fərqli baxış

