İran

İran tərəfdarlarının Osloda toplanışı

hajiinfo

İran tərəfdarlarının Osloda toplanışı

Fərqli baxış xəbər verir ki, Şənbə günü Norveçin paytaxtı Oslo şəhərində “İrana dəstək ver” adlı böyük etiraz aksiyası keçirilib. Yığıncaqda Norveç, Livan, İraq, Əfqanıstan və Pakistan da daxil olmaqla müxtəlif ölkələrdə yaşayan yüzlərlə iranlı və İran tərəfdarı iştirak edib.

Etirazçılar Oslo Mərkəzi Dəmiryolu Stansiyasından hərəkət edərək Norveç parlamenti binasına doğru yürüş ediblər.

İştirakçılar yol boyu dəstək şüarları səsləndirib və musiqilər ifa edərək İran xalqının hüquqları və müstəqillik ideyalarına dəstək verdiklərini bildiriblər.

Tədbirin digər hissəsində çıxış edənlər İran İslam cümhuriyyətinin suveren hüquqlarını vurğulayaraq, ölkənin xarici müdaxilələr olmadan müstəqil yaşamaq haqqının tanınmasını tələb ediblər. Çıxışçılar həmçinin İrana qarşı hücum və düşmənçilik hərəkətlərini kəskin şəkildə pisləyiblər.

Yığıncaq parlament binası qarşısında su hövzəsi yanında “Bəzan ki, yaxşı vurursan” adlı inqilabi musiqinin ifası ilə başa çatıb.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha