Kateqoriyasız

Səudiyyə Ərəbistanı ABŞ üçün hava məkanını və bazalarını bağladı

hajiinfo

Səudiyyə Ərəbistanı ABŞ üçün hava məkanını və bazalarını bağladı

İsrailin “i24NEWS” kanalı Fars körfəzi bölgəsindəki məlumatlı mənbələrə istinadən xəbər verir ki, Ər-Riyaə ABŞ-ın İrandan gələcək hər hansı raket cavabına qarşı təhlükəsizlik zəmanəti verməməsindən məyus olduğu üçün öz hava məkanını və hərbi bazalarını ABŞ-ın istifadəsinə bağlayıb və bu zəmanətlər təmin olunana qədər məhdudiyyətlərin davam edəcəyini bildirib.

Həmin mənbələr bu İsrail kanalına deyib ki, Səudiyyəlilər hesab edirlər ki, İran Vaşinqtonla razılaşma əldə etsə belə mövcudluğunu davam etdirəcək və Riyaə heç bir halda özünü Tehranla qarşıdurma riskinə atmaq istəmir.

Məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ “müvafiq müdafiə” təmin etməyənə və hərbi planlarını şəffaf şəkildə açıqlamayanadək “Azadlıq layihəsi” çərçivəsində ABŞ-ın hava məkanından və bazalarından istifadəsini məhdudlaşdırmağa davam edəcək.

Körfəz bölgəsindəki məlumatlı mənbələr bildiriblər ki, bu addım ABŞ-a qarşı mövqe deyil, daha çox İranın raket hücumları qarşısında zəif qalmaq qorxusundan qaynaqlanır.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha