İspaniya: “İrana qarşı heç bir hərbi əməliyyatda iştirak etməyəcəyik”
Fərqli baxış xəbər verir ki, İspaniyanın xarici işlər naziri bildirib:
“İspaniya hökuməti və Vatikan problemlərin müharibəsiz həll olunması üçün ortaq mövqeyə malikdir. Papa ilə Qərbi Asiyada xristianların vəziyyəti və bir rahibəyə hücum barədə danışılıb.
Hörmüz boğazının normal fəaliyyətə qayıtması müharibə ilə deyil, danışıqlar yolu ilə mümkündür.
İspaniyanın mövqeyi dəyişməzdir: İrana qarşı heç bir hərbi əməliyyatda iştirak etməyəcək və Pakistanın danışıqlara qayıtmasını dəstəkləyir.
Hazırda diqqət Hörmüz boğazına yönəlib, lakin bu Livana qarşı qanunsuz hücumların unudulması demək deyil.
Fərqli baxış

