BƏƏ İran dronlarının zərbəsini təsdiqlədi
Fərqli baxış xəbər verir ki, BƏƏ bazar ertəsi bildirib ki, Abu Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus “milli bir tanker” Hörmüz boğazından keçərkən iki İran dronu tərəfindən vurulub.
BƏƏ bu hücumu “İranın terror hücumu” kimi qınayıb və heç bir yaralanma olmadığını bildirib.
Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) daha əvvəl BƏƏ-nin Fuceyra sahillərinin şimalında bir tankerə “naməlum mərmilərin” dəyməsi barədə məlumat vermişdi.
Fərqli baxış

