Kateqoriyasız

“Sərv hekayəsi” davam edir

hajiinfo

Nəhəng İslam alimlərinin həyat yoluna, elmi və irfani irsinə həsr olunmuş “Sərv ağacı” sənədli filmlər silsiləsinin ana dilimizdə dublaj prosesi ardıcıl şəkildə davam etdirilir.

Fərqli baxış xəbər verir ki, bu dəyərli sənədli layihənin dublaj işlərini üzərinə götürən Mədinətül-elm – İslam Mədəni Maarif Mərkəzi, bu mühüm prosesi uğurla və yüksək keyfiyyətlə davam etdirməkdədir.

Müqəddəs Ramazan ayının ilk günlərində mərkəz bu silsilə çərçivəsində böyük İslam alimi, dünya elminə və İslama bir sıra əvəzsiz elmi simalar bəxş etmiş Ayətullah Seyid Əli Qazinin həyatına həsr olunmuş serial filmlərin təqdimatına başlayıb. Serialın birinci hissəsi artıq ana dilimizdə izləyicilərin ixtiyarına verilib.

Mərkəzin nəzdində fəaliyyət göstərən “Fərəc TV” media qrupu Mübarək Ramazan ayı boyunca bu silsiləni tam şəkildə dəyərli tamaşaçılara təqdim etməyi planlaşdırır

Qeyd edək ki, media qurumumuz daha öncə “Sərv ağacı” silsiləsi çərçivəsində ilk dəfə mərhum arif Məhəmməd Təqi Behcətə həsr olunmuş 10 hissədən ibarət dublyaj layihəsini təqdim edib. Film geniş izləyici kütləsi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha