14 ərəb və müsəlman ölkəsi ABŞ səfirinin Fələstin torpaqlarında İsrail hakimiyyəti barədə açıqlamasını qəti şəkildə pisləyib
Fərqli baxış xəbər verir ki, 14 ərəb və müsəlman ölkəsi birgə bəyanatla ABŞ-ın Fələstindəki səfiri Mayk Hakkabinin son açıqlamasını pisləyib.
Səfir bu açıqlamasında İsrailin ərəb ölkələrinə məxsus, o cümlədən Qərb Sahilindəki torpaqlarda hakimiyyət tətbiqini müzakirə etmişdi.
Bəyanatda vurğulanıb ki, bu təhlükəli mövqe beynəlxalq hüququn açıq pozulmasıdır və bölgədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradır.
İmzacı ölkələr qeyd ediblər ki, səfirin açıqlamaları ABŞ prezidentinin daha əvvəl səsləndirdiyi baxışlarla və Qəzzədəki müharibəyə son qoymaq üçün irəli sürülmüş geniş planla ziddiyyət təşkil edir.
Bəyanatda əlavə olunub ki, İsrailin Fələstin torpaqlarında və digər ərəb işğal olunmuş ərazilərində heç bir hakimiyyəti tanınmır və Qərb Sahilinin ilhaqı və ya Qəzzə zolağından ayrılması cəhdləri qəbuledilməzdir.
Fərqli baxış

