Kateqoriyasız

Modinin Təl-Əviv səfəri: Hərbi əməkdaşlığın gücləndirilməsi gündəmdədir

hajiinfo

Modinin Təl-Əviv səfəri: Hərbi əməkdaşlığın gücləndirilməsi gündəmdədir

Fərqli baxış xəbər verir ki, Hindistanın baş naziri Narendra Modinin işğal olunmuş ərazilərə iki günlük səfəri ərəfəsində Dehli strateji münasibətləri və müdafiə əməkdaşlığını dərinləşdirməyə çalışır. Bu çərçivədə ballistik raketlərə qarşı müdafiə sisteminin birgə inkişafı da müzakirə olunur.

Gözlənilir ki, Dehli və Təl-Əviv təhlükəsizlik sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayacaqlar.

Lakin ayrıca müdafiə müqaviləsi bağlanmayacaq, çünki iki yaxın müttəfiq arasında mövcud hərbi əməkdaşlıq artıq davam edir və yaxın illərdə dəyərinin təxminən 10 milyard dollar olacağı bildirilir.

Tərəflər səfərlə bağlı rəsmi açıqlama verməsələr də, İsrailin ən yeni müdafiə texnologiyalarını, o cümlədən inkişaf etmiş lazer müdafiə sistemləri və digər uzaqmənzilli sistemləri Hindistanla bölüşməyə razılaşdığı iddia edilir.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha