İsrailin ən böyük gəmiçilik şirkətinin əməkdaşları işi dayandırıb
Fərqli baxış xəbər verir ki, sionist “Zim” gəmiçilik şirkətinin Almaniya şirkətinə satışı ilə bağlı müqavilənin yekunlaşması xəbəri yayıldıqdan sonra əməkdaşların işi dayandırdığı bildirilir.
İvritdilli Kalcalist qəzeti yazır ki, “Zim” işçiləri kənd təsərrüfatı məhsulları da daxil olmaqla xüsusi yüklərin gəmilərə yüklənməsi və boşaldılmasını dayandırıblar.
Almaniyanın “Hapag-Lloyd” şirkəti səhmlərinin 22 faizdən çoxu Səudiyyə Ərəbistanı və Qətərə məxsus olmaqla, İsrailin ən böyük gəmiçilik şirkəti olan “Zim”i 4,2 milyard dollarlıq müqavilə ilə satın alıb.
Fərqli baxış

