Azərbaycan

Tarix təkrarlanır: Məktəblərdə hicab məsələsi yenidən gündəmdə

hajiinfo

Tarix təkrarlanır: Məktəblərdə hicab məsələsi yenidən gündəmdə

Neçə illər bundan qabaq baş verən hadisələr yenidən təkrarlanır. O vaxt bəzi məmurlar və xüsusilə məktəb direktorları vasitəsilə məktəblərdə hicabın qadağan olunmasına cəhd edilmişdi. Lakin müsəlman xalqımızın iradəsi və qətiyyəti sayəsində bu cəhdlər uğursuzluğa uğramış, geri çəkilməyə məcbur qalmışdılar.

Düzdür, bəzi uşaqlar valideynlərinin israrı ilə hicabı açmış, bəziləri isə məktəbdən çıxmaq bahasına hicabdan əl çəkməmişdilər. Amma xalqın, xüsusilə inanclı şəxslərin möhkəm iradəsi və mübarizəsi nəticəsində məsələ həll olunmuşdu.

İndi də bəzi məmurlar və məktəb direktorları vasitəsilə eyni cəhdlər edilir. Son günlər sosial şəbəkələrdə və mediada bu mövzuda müzakirələr yenidən alovlanıb – bəzi məktəblərdə hicablı şagirdlərə qarşı məhdudiyyətlər barədə xəbərlər yayılıb.

Əzizlər, haqqınızı tələb edin və qətiyyən geri çəkilməyin! Bu qadağanın heç bir qanuni əsası yoxdur. Azərbaycan Konstitusiyası vicdan azadlığını qoruyur, “Təhsil haqqında” Qanunda və digər normativ aktlarda hicabın qadağan edilməsi ilə bağlı heç bir müddəa yoxdur. Ekspertlər də vurğulayır ki, hicab anlayışla qəbul edilməli, qadağan olunmamalıdır.

Bu cür üzdəniraq məktəb direktorları isə tarixin zibilliyinə öz adlarını yazırlar.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha