Azərbaycan

İlham Əliyevin Avropaya 4 fərqli qatil qrupu yolladığı bildirilir

hajiinfo

İlham Əliyevin Avropaya 4 fərqli qatil qrupu yolladığı bildirilir

Mühacir jurnalistlərə qarşı planlaşdırılan qətllərlə bağlı ciddi iddialar gübdəmə gəlib. İddialara əsasən, ölkə xaricindəki müstəqil jurnalistlər və fəallar hədəfdədir.

Fərqli Baxış xəbər verir ki, mövzunu gündəmə Avropada mühacirət həyatı yaşayan və adları “ölüm siyahısı”nda olan bloqqerlər ifşa edib. Azərbaycan Prezidentinin bu addımı atmasına səbəb kimi jurnalist Mehman Hüseynovun onun oğlu, balaca Heydər Əliyev və həyat yoldaşı barədə gündəmə gətirdiyi məlumatlar olub. Müxtəlif mənbələrdən gələn məlumatlara əsasən, qurulmuş “ölüm siyahısı” və bu istiqamətdə hərəkətə keçmiş “killer qrupları” artıq Avropadadır.

✓ 8 nəfərlik “siyahı” və 32 milyonluq “mükafat”

İddialara görə, əsas hədəf olaraq 8 nəfərin adı çəkilir; məşhur araşdırmaçı jurnalist Mehman Hüseynov, Qabil Məmmədov, Orxan Ağayev, Ələmdar Bünyadov, Qənimət Zahid, Əfqan Muxtarlı, Məhəmməd Mirzəli və Mənaf Cəlilzadə. Onların hər birinin öldürülməsi üçün hər birinə 4 milyon manat məbləğində pul ayırıldığı, ümumi məbləğin isə 32 milyon manat olduğu bildirilir. Bəzi mənbələr siyahının 20 nəfərə qədər genişlənə biləcəyini irəli sürür.

✓ Killer qrupları və beynəlxalq əlaqələr

İddialarda həmçinin, qətlləri həyata keçirmək üçün 4 ayrı qrupun, o cümlədən Gürcüstandakı azərbaycanlılar, Almaniyadakı idmançılar, Kürd və Serb mafiya dəstələrinin bu iş üçün göndərildiyi qeyd edilir. Jurnalist Əfqan Muxtarlı, özünün iştirak etdiyi “Azərbaycan Saatı” verilişində bu məlumatları təsdiqləyərək, bu işdə Türk mafiyasından, xüsusilə də Sedat Pekerin adını çəkib. Pekerin Azərbaycan Milli Məclisinin sabiq sədri müavini Adil Əliyevlə yaxınlığının bu əlaqəyə işarə olduğu vurğulanır.

✓ Mehman Hüseynovun ifşaları təkanverici amildirmi?

Məsələnin başlanğıcının jurnalist Mehman Hüseynovun Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin həyat yoldaşı Alyona Aleksandrovna Qonçarova haqqında etdiyi iddialı ifşaatlarla bağlı olduğu güman edilir. İddialara görə, bu ifşaatlar sonrası təzyiqlər güclənib və siyahıdakı şəxslərin, xüsusilə də M.Hüseynovun açıq hədəf halına gəldiyi bildirilir.

✓ Məqsəd: qorxu yaratmaq və səsi boğmaq

Bu addımların əsas məqsədinin xaricdə yaşayan və rejim tənqidçisi olan jurnalist və fəalların arasında qorxu yaratmaq və onları susdurmaq olduğu deyilir. Əfqan Muxtarlı da çıxışında bu fikri təsdiqləyərək, rejimin məqsədinin cəmiyyətdə qorxu atmosferi yaratmaq olduğunu bildirib.

✓ Mühacir jurnalistlərdən iddialı çıxışlar

Məsələ ilə bağlı daha da diqqəti cəlb edən məqam isə bir qrup mühacir jurnalistin etdiyi iddialı çıxışlar oldu. Onlar bildiriblər ki, Azərbaycan rejiminin arxasında ABŞ və İsrailin dayandığını düşünürlər və məhz bu səbəbdən rejimin beynəlxalq tənqid və sanksiyalardan qorxmadan belə addımlar atdığını bəyan ediblər.

✓ Cəmiyyətin reaksiyası

Alyona Qonçarova haqqındakı İddialar xüsusilə də sosial media və müstəqil informasiya platformalarında geniş müzakirəyə səbəb olub. Bir çox istifadəçi iddia olunan 32 milyon manatın xalqın rifahına sərf edilməsi lazım olduğunu, “həqiqəti deyənləri öldürməklə heç bir məqsədə nail olunmayacağını” vurğulayır. Vətəndaşlar hadisələrin tam aydınlaşdırılması və məsuliyyətin müəyyən edilməsini tələb edir.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha