SEPAH sözçüsü: “İran əleyhinə hərbi variant uğursuz olub”
“Amerikalılar İran cəmiyyətində gərginlik yaratmağa və saxta qorxu yaymağa çalışırlar.”
Sərdar Naeini:
“12 günlük müharibənin təcrübəsi göstərdi ki, İran əleyhinə hərbi variant uğursuzluğa düçar olub və müharibənin son sözünü təşəbbüsü əlində saxlayan İran İslam cümhuriyyətinin Silahlı Qüvvələri müəyyən edir.
Müharibə görüntüləri ilə qorxu yaratmaq və təyyarədaşıyan gəmi göndərmək ABŞ rəsmilərinin köhnə taktikasıdır. Ağ Ev rəsmiləri silahlı fitnə və 12 günlük müharibədə İranın müqaviməti qarşısında çaşqınlıq və acizlik vəziyyətinə düşüblər.
ABŞ-ın İran daxilindəki fitnəsinin sürətli və sərt şəkildə məğlubiyyətindən sonra onlar cəmiyyətdə gərginlik yaratmağa və saxta qorxu yaymağa ciddi şəkildə çalışırlar.
Çünki İrana oqarşı olan hər addımında İran xalqının möhkəm səddi və milli həmrəyliyi ilə üzləşiblər. Bu dəfə də psixoloji müharibə ilə İran xalqının hiss və düşüncələrinə mənfi təsir göstərməyə cəhd edirlər.
Meydandakı real vəziyyət düşmənin media təbliğatından fərqlidir. Biz meydanın vəziyyətinə tam nəzarət edirik və böyük İran xalqının sipəri olmaqdan qürur duyuruq. Bu dəfə də xalqa əminlik veririk ki, düşmənin davranış və hərəkətlərinə nəzarət edirik və bütün ssenarilərinə qarşı fəaliyyət planımız var.
Düşmən bizim “əl‑Udeyd”dəki ilkin zərbələrimizi unutmamışdır. Biz böyük miqyaslı, ən təhlükəli və ən mürəkkəb müasir müharibə səhnələrində düşmənin məğlubiyyət təcrübəsinə malikik.”
Fərqli baxış

