Kateqoriyasız

Əliəkbər Qasımov: “Səhifeyi-Səccadiyyə Rusiyada dinlərarası dialoqun mərkəzinə çevrilib”

hajiinfo

Əliəkbər Qasımov: “Səhifeyi-Səccadiyyə Rusiyada dinlərarası dialoqun mərkəzinə çevrilib”

İmam Səccadın (ə) “Səhifeyi-Səccadiyyə”sinin sivilizasiya quruculuğunda rolunu vurğulayan rusiyalı ilahiyyatçı Kərbəlayi Əliəkbər Qasımov deyib: “Səhifeyi-Səccadiyyə Rusiyada dini dialoqun mehvərinə çevrilib”.

Fərqli Baxış Mehr Xəbər Agentliyinə istinadən xəbər verir ki, Əli Əkbər Qasımov bu fikirləri “Beynəlxalq İmam Səccad(ə)” Konqresində İmam Səccadın (ə) maarifçi məktəbi vasitəsilə saf İslam təlimlərinin yayılması mövzuna toxunarkən bildirib. Natiq konfransdakı çıxışı zamanı vurğulayıb:

“Bu İmamla (ə) bağlı elmi və mədəni fəaliyyətlər müxtəlif cəmiyyətlərdə insanpərvər və ilahi İslamın təbliğində mühüm rol oynayıb”.

Rusiyadakı şiə icmasının fəal və təsirli bir varlığa sahib olduğunu bildirən Ə.Qasımov əlavə edib: “Bu gün Rusiyada 30 milyondan çox müsəlman yaşayır ki, onların da əhəmiyyətli bir hissəsi Əhli-Beyt (ə) şiələridir və İmam Səccadın (ə) hər il keçirilən şəhadət mərasimi də daxil olmaqla, dini mərasimlər və toplantılar ölkənin 140-dan çox şəhərində keçirilir; belə ki, bir neçə il əvvəl onun şəhadət gecəsi mərasimi Moskvada təxminən üç min insanın iştirakı ilə keçirilib”.

Rusiyada şiələrin mədəni fəaliyyətlərinə toxunan Ə.Qasımov qeyd edib: “Moskvada İmam Səccadın (ə) adını daşıyan hüseyniyyə və onun adını daşıyan xeyriyyə fondu da fəaliyyət göstərir ki, bunların hamısı Rusiyadakı şiə icmasının dinamizmini və İran İslam Cümhuriyyəti qurumlarının mədəni səylərinin nəticəsini göstəcisidir.

Rusiyalı ilahiyyatçı fikirlərinə belə davam edib: “Dəyərli “Səhifeyi-Səccadiyə” kitabının tərcüməsi 2009-cu ildə Rusiyada nəşr olunub və son 17 ildə bu əsər dünyanın ən böyük ölkəsində şiə hüseyniyyələri və sünni məscidlərindən tutmuş akademik mərkəzlərə qədər maraqlananlar üçün əlçatan olub. “Səhifeyi-Səccadiyyə”nin təsirinin İslam icmasından kənara çıxıb. Hətta Rusiya pravoslav kilsələrində olan keşişlərin də bu kitabı var və biz şəxsən şahidi olduq ki, “Səhifeyi-Səccadiyyə” bəzi kilsələrdə istifadə olunur. Buna görə də bu kitab müsəlmanlar və xristianlar arasında tolerantlıq (dini dözümlülük) və ortaq dialoq mərkəzinə çevrilib”.

Ə.Qasımov həmçinin İslam təlimlərindəki müqəddəs Peyğəmbərin (s) şəxsiyyətinin mövqeyinə diqqət çəkərək qeyd edib: “İslam Peyğəmbərinin (s) xarakterinə və şəxsiyyətinə diqqət yetirmək, bu dünyada və axirətdə bütün insan ehtiyaclarını ödəyə bilər; çünki İslam Peyğəmbəri (s) təkcə müsəlmanlar üçün mükəmməl bir nümunə deyil, həm də bütün bəşəriyyət üçün hərtərəfli insanlıq nümunəsidir”.

Gənc ilahiyyatçı çıxışının yekununda vurğulayıb: “Əgər Səhifeyi-Səccadiyyə təlimləri və əziz İslam Peyğəmbərin (s) həyatı düzgün şəkildə təqdim olunarsa, bu, müsəlmanların vəhdətinə, sosial tolerantlığın (ictimai dözümlülük) genişlənməsinə və rasionallıq (əqlaniyyət) və insaniyyətə əsaslanan İslam dini üçün qlobal çağırışa yol aça bilər”.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha