Bir sıra Azərbaycan ruhaniləri İrana xarici müdaxilə və terror aktları ilə bağlı bəyanat yaydı
Bağışlayan və mehriban Allahın adı ilə
“Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır”. (Saff surəsi, 8-ci ayə).
İran İslam Respublikasında baş verən son terror hadisələrinə dərin kədərlə yanaşır və bu hadisələrin İslam ümmətinin düşmənləri olan Amerika imperializminin və beynəlxalq sionizmin planının bir hissəsi olduğuna inanırıq. Bu acı hadisə ilə əlaqədar, İslam İnqilabının rəhbəri İmam Xamenei cənablarına, təqlid mərcələrinə və bütün İran xalqına başsağlığı verir və bu cinayətləri qəti şəkildə qınayırıq.
Bu cinayətlərdə yaşanan acı hadisələr – o cümlədən müqəddəs kitabımıza, məscid və dini mərkəzlərimizə edilən hər cür təhqirlər təbii ki, hər bir müsəlmanın ürəyini yandırır və qəzəbinə səbəb olur.
Biz, Azərbaycan Respublikasının ruhaniləri və din xadimləri olaraq, ilahi vəhyi, İslam peyğəmbəri (s) və onun pak Əhli-beytininin (ə) ilahi maarifini əsas tutaraq, müqəddəs dəyərlərin təhqir edilməsinin, İslam birliyinə zərbə vurmaq cəhdlərinin və müsəlmanlar arasında təfriqə salmaq niyyətinin qarşısında səssiz qalmırıq. Bu cür hərəkətlər, İlahi qanunlar əsasında qurulmuş İslam hökümətin sabitliyinə və əmin-amanlığına qarşı yönəlmişdir.
İctimai asayişin qorunması və cəmiyyətin ayıq-sayıq olmağına təkid etməklə yanaşı, aidiyyəti qurumları bu cinayətlərin təşkilatçılarını və təhrikçilərini müəyyən etməyə və onlarla qanuni çərçivədə mübarizə aparmağa çağırırıq. Eyni zamanda, bütün müsəlmanları bu cür təxribatlara qarşı vahid mövqe nümayiş etdirməyə və həmrəyliyi gücləndirməyə dəvət edirik.
Rəbbimizdən qurbanlara rəhmət, yaralılara tezliklə şəfa, bütün İran xalqına isə birlik, möhkəm iradə və səbir diləyirik!
İran İslam Respublikasında təhsil alan azərbaycanlı ruhanilər
بسم الله الرحمن الرحیم
يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
با اندوهی عمیق نسبت به حوادث تروریستی اخیر در حکومت مقدس اسلامی که بخشی از توطئههای شوم صهیونیستی-آمریکایی به شمار میرود، ضمن عرض تسلیت به خدمت مقام معظم رهبری، مراجع عظام، علماء، فضلا و عموم مردم جمهوری اسلامی ایران، انزجار قلبی خود را از این جنایات اعلام می داریم.
تصاویر هتاکی به قرآن کریم، مساجد و مراکز دینی که نمادی از اعتقادات و ارزش های مقدس ماست، قلب هر مؤمنی را به درد می آورد و خشم او را برمیی انگیزد.
ما، طلاب و روحانیون جمهوری آذربایجان، با استناد به آیات وحی و آموزههای پیامبر اکرم (صلی الله علیه و آله) و اهل بیت عصمت و طهارتش هرگونه اقدامی که منجر به هتک حرمت مقدسات، ایجاد ناآرامی و تضعیف وحدت اسلامی شود را محکوم میکنیم. این حوادث، نتیجهی نقشه های شوم دشمنان اسلام و انقلاب است که با هدف برهم زدن ثبات و امنیت کشوری که بر اساس آموزه های دینی اداره میشود، انجام می گردد.
ضمن تأکید بر لزوم حفظ آرامش و هوشیاری عمومی، از مسئولین محترم جمهوری اسلامی ایران تقاضا داریم با عزمی راسخ و با اتکا به قدرت و ایمان به خداوند متعال، عوامل اصلی این توطئه ها را شناسایی و با آن ها برخورد قانونی و قاطع نمایند. همچنین، بر ضرورت تقویت وحدت و همدلی برای مقابله با ترفندهای دشمنان اسلام تاکید می نماییم.
از درگاه خداوند حق، رحمت برای شهدا، شفای عاجل برای مجروحان و عزت و سربلندی برای ملت ایران را خواستاریم.
روحانیون و طلاب جمهوری آذربایجان/مقيم جمهوری اسلامی ایران
Fərqli baxış

