Kateqoriyasız

Zariya qətliamı: Susdurulan canlar, cavabsız suallar

hajiinfo

Zariya qətliamı: Susdurulan canlar, cavabsız suallar

2015-ci ilin dekabrında Nigeriyanın Zariya şəhəri yalnız qanla deyil, susqunluqla da ləkələndi. Bir neçə gün ərzində bu şəhərdə ən azı 300, bəzi mənbələrə görə isə 700-dən çox günahsız insan yalnız dini mənsubiyyətinə görə şəhid edildi. Onların hamısı Nigeriya İslam Hərəkətının ardıcılları idi.

Şahidlərin dili ilə desək, bu sadə bir toqquşma deyildi. Bu planlı, amansız və ölçüsüz güc tətbiqi idi. Küçələrdə qalan cəsədlər, gizli kütləvi məzarlıqlara daşınan cansız bədənlər Zariyanı canlı bir məzara çevirdi.

Nigeriya ordusunun illərdir terror rejimi İsrail təhlükəsizlik şirkətləri və hərbi məsləhətçiləri ilə əməkdaşlıq etdiyi məlumdur. Nigeriya təhlükəsizlik qüvvələrinin bir hissəsinin İsrail modeli üzrə təlim keçdiyini də nəzə alsaq, Qəzzədə törədilən qətliamla Zariya şəhərindəki Bəqiyyətullah (əf) məscidində törədilən qətliam arasında fərq yoxdur.

Hadisənin kölgəsində isə cavabsız suallar qaldı. Nigeriya ordusunun uzun illər xarici təhlükəsizlik strukturları, o cümlədən İsrailə terror və işğal rejiminə bağlı hərbi-texniki qurumlarla əməkdaşlığı bəzi dairələrdə ciddi narahatlıq doğurdu. Bu əməkdaşlığın Zariyada tətbiq olunan sərt hərbi yanaşmaya dolayı təsir göstərdiyi iddia olunsa da, məsələ heç vaxt müstəqil beynəlxalq məhkəmə səviyyəsində araşdırılmadı.
Bütün bunlar Zariya qətliamını təkcə yerli bir faciə deyil, qlobal sükutun rəzil nəticəsi kimi tarixə yazdı. Çünki zülm yalnız tətik çəkən əlin deyil, susan dünyanın da məsuliyyətidir.

Zariyada yaşayan şiə icmasının lideri Şeyx İbrahim Zəkzəki illərdir dinc dini fəaliyyətlə məşğul olsa da, bu inam sahibləri dövlətin sərt münasibəti ilə üz-üzə qaldı. Zariya qətliamı dini etiqad fərqliliyinin güllə ilə cavablandırıldığı, insan həyatının dəyərsizləşdirildiyi acı bir gerçəklik idi. Nigeriya İslam Hərəkatına mənsub şiə icması dini mərasim keçirdiyi bir vaxtda dövlətin hərbi müdaxiləsi ilə üzləşdi. Rəsmi izahlar təhlükəsizlikdən danışsa da, ortaya çıxan mənzərə kütləvi qırğın oldu.

Şahidlərin sözlərinə görə, əsgərlər yaşayış məntəqələrinə daxil olmuş, ibadətgahları dağıtmış, müqavimət göstərməyən insanları belə amansızcasına qətlə yetirmişdilər. Qadınların naləsi, uşaqların qorxusu, küçələrdə qalan cansız bədənlər Zariyanı bir anda böyük məzarlığa çevirdi.

Bu hadisədə təkcə insanlar öldürülmədi, ədalət də yaralandı. Çünki günahkarların əksəriyyəti cəzasız qaldı, həqiqətlər isə rəsmi bəyanatların kölgəsində gizlədildi. İnsan hüquqları təşkilatları bu faciəni açıq şəkildə insanlığa qarşı cinayət adlandırsa da, dünya bir müddət sonra yenə susdu. Zariya qətliamı bizə bir həqiqəti xatırladır: Dövlət gücü ədalətdən uzaq düşəndə, silah təhlükəsizlik deyil, fəlakət gətirir. İnanc fərqi isə heç vaxt ölüm hökmü olmamalıdır.

Bu faciəni xatırlamaq yalnız keçmişi anmaq deyil, gələcəkdə oxşar zülmlərin qarşısını almaq üçün vicdanı ayıq saxlamaqdır.

Sonda onu da qeyd edək ki, Bəqiyyətullah məscidi ətrafında baş verən dövlət terroru zamanı Nigeriya İslam Hərəkətının lideri Şeyx İbrahim Zəkzəki 6 oğlunu şəhid verdi, hadisədən sonra özü və xanımı həbs edildi. Uzun illər işgəncəli həbsxana həyatından sonra mürtəce Nigeriya hakimiyyəti Şeyx Zəkzəki və 6; şəhid anası xanımını azad etmək məcburiyyətində qaldı. Hazırda Şeyx Zəkzəki 10 il əvvəlki kimi Nigeriya İslam Hərəkətına rəhbərlik etməkdədir.

Əli Zəfər
Araşdırma Şöbəsi

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha