İran

“İranın raketləri Dəmir Qübbəni təsirsiz hala gətirə bilər”

hajiinfo

“İranın raketləri Dəmir Qübbəni təsirsiz hala gətirə bilər”

Fərqli baxış xəbər verir ki, ABŞ Senatının baş nümayəndəsi Lindsi Qraham, işğal olunmuş Fələstinə səfər edərək, İranın raket proqramını sionist rejimi üçün real təhdid kimi təsvir etdi.

O, Qüds Post qəzeti ilə müsahibəsində dedi ki, İran öz balistik raket arsenalını yenidən qurmaq üçün yeni səylərə başlayıb.

Qraham dedi ki, İranın balistik raketləri indi İsrail üçün bu ölkənin nüvə proqramı ilə eyni səviyyəli təhdid sayılır.

O dedi: “HƏMAS və İran özlərini yenidən qururlar. Livan Hizbullahı da daha çox silah istehsal etməyə çalışır. Biz onlara ağır zərbələr vurduq, amma onlar qayıdırlar və raket sahəsində bu İsrail üçün real təhdiddir.”

O həmçinin vurğuladı: “Biz İranın balistik raket istehsal etməsinə icazə verə bilmərik, çünki bu raketlər Dəmir Qübbə raket müdafiə sistemini təsirsiz hala gətirə bilər. Bu böyük bir təhdiddir.”

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha