Tramp hökumətinin Harvard universiteti ilə yeni qarşıdurması: büdcənin bərpası qərarına etiraz
ABŞ mediası yazır ki, Tramp hökuməti federal hakimin Harvard universitetinin milyardlarla dollar büdcə ixtisarının qarşısının alınması barədə qərarına etiraz etməyə hazırlaşır. Bu, Ağ Evin universitetdə islahat tələblərini daha da dalana dirəyir.
Harvard işi ABŞ-da dərin bir qarşıdurmanın simvoluna çevrilib: federal hökumət (Tramp) ilə elit universitetlər arasında — təkcə büdcə yox, söz azadlığı, universitet müstəqilliyi və ali təhsilə siyasi müdaxilənin hədləri məsələləri üzərində.
Hökumətin apellyasiya addımı təzyiqlərin davam etdiyini göstərir və universitetlərin ideoloji istiqaməti uğrunda mübarizənin bitmədiyi mesajını verir.
Məhkəmənin qərarı və Harvardın mövqeyi, hökumət–elit universitetlər münasibətlərinin gələcəyi üçün həlledici meyar ola bilər.
Fərqli Baxış

