Ərdoğan: İsrail Qəzzəni Hiroşimaya atılan bombaların 14 qatıyla yerlə-yeksan etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzənin vəziyyəti ilə bağlı bildirib: soyqırımdan əvvəl Qəzzənin əhalisi təxminən 2,3 milyon nəfər idi. Belə bir şəhərə 200 mindən çox ton bomba atıldı. Onlar Qəzzəni Hiroşimaya atılan bombaların 14 qatından çoxu ilə yerlə-yeksan etdilər.
O əlavə edib ki, HƏMAS-ın sakit yanaşması, İsrailin artan pozuntularına baxmayaraq atəşkəsin qorunmasına böyük dərəcədə kömək edib.
Türkiyə Prezidenti həmçinin İsrailin Suriyaya qarşı tədbirlərinə işarə edib və bildirib ki, İsrailin Suriyaya yönəlmiş təcavüzkar addımları hazırda həmin ölkədə təhlükəsizlik və davamlı sabitliyin ən böyük maneəsidir.
Fərqli Baxış

