Kateqoriyasız

İŞİD Suriyadakı hərbçilərə hücumun məsuliyyətini öz üzərinə götürdü

hajiinfo

İŞİD Suriyadakı hərbçilərə hücumun məsuliyyətini öz üzərinə götürdü

Terrorçu qruplaşma İŞİD dünən Suriyanın şimal-qərbindəki müvəqqəti hökumət hərbçilərinə hücum etdi.

Fərqli baxış xəbər verir ki, Terrorçu qruplaşma İŞİD bu xəbəri öz təbliğat kanallarında elan edərək Suriyanın İdlib bölgəsindəki təhlükəsizlik qüvvələrinə hücumun məsuliyyətini öz üzərinə götürdü.

Suriya müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi bazar gecəsi İdlib bölgəsindəki Məarrətün-Numan yolunda bu idarənin bir devriyəsinə silahlı hücum nəticəsində dörd nəfərin öldürüldüyünü və bir nəfərin yaralandığını bildirdi.

Nazirlik bəyanatında bu xəbəri təsdiqləyərək əlavə etdi ki, xüsusi təhlükəsizlik bölmələri hazırda bölgəni təmizləmək və hücumun təşkilatçılarını təqib etmək üçün genişmiqyaslı əməliyyata başlayıblar.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha